Yuxarı

AZAL kollektivi şəhidlərin xatirəsini yad etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL kollektivi şəhidlərin xatirəsini yad etdi - Foto

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin kollektivi inşası davam etdirilən Zəfər parkını ziyarət edib.

Axar.az xəbər verir ki, ziyarətçilər xatirə daşının önünə gül dəstələri düzərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Vətən övladlarının müstəsna fədakarlığı və cəsarəti sayəsində otuzillik işğala cəmi 44 gün ərzində son qoyulub. Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri düşmən işğalından azad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr Anım Günü kimi qeyd olunur.

Bu gün bütün Azərbaycan xalqı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitləri dərin ehtiramla anır.

Tarix
2024.09.27 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandan Rusiyaya qarşı sensasion addım

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla