Yuxarı

Arıq və qısaboy çağırışçılar bu halda əsgər aparılmır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arıq və qısaboy çağırışçılar bu halda əsgər aparılmır

Gələn ay - oktyabrın 1-dən Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Çağırışçılarla bağlı cəmiyyətdə müzakirə olunan mövzulardan biri də onların boy və çəki indeksinə görə həqiqi hərbi xidmətdən hansı hallarda azad edilməsi barədədir.

Axar.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, qidalanma çatışmazlığı olan vətəndaşlar stasionar müayinə və (və ya) müalicə olunmalıdırlar:

"Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən kütləsi indeksinin mənfi dinamikası yoxdursa (hər ay keçirilən tibbi baxışların nəticələrinə görə) və fiziki iş qabiliyyəti saxlanmışdırsa (funksional yük sınaqlarının nəticələrinə görə), boyu 148 sm-dən 160 sm-dək (daxil olmaqla) olanlarda bədən çəkisi 45 kq və daha çox olan və boyu 161 sm-dən yuxarı olanlarda isə bədən kütləsi indeksi 17,5 və yuxarı olduqda şəhadətləndirilmə "d” bəndi üzrə keçirilir, boyu 148 sm-dən 160 sm-dək (daxil olmaqla) olan vətəndaşlarda bədən çəkisi 45 kq-dan az və boyu 161 sm-dən yuxarı olanlarda bədən kütləsi indeksi 17,5-dən aşağı olduqda şəhadətləndirilmə bu maddənin "c” bəndi üzrə keçirilir. Qidalanma çatışmazlığına səbəb olan xəstəliklər aşkar olunduqda, vətəndaşlar "Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər”.

Verilən məlumata görə, qidalanmanın vəziyyətini qiymətləndirmək üçün aşağıdakı düsturla təyin edilən bədən kütləsi indeksindən (BKİ) istifadə olunur:

"Bədən çəkisi (kq)

BKİ= -----------------------------

Boy ölçüsünün (m) kvadratı

Bədən çəkisinin indeksi (BÇİ) 18–25 yaşlı şəxslər üçün normada - 19,5–22,9; zəif qidalanmada - 19,4 və aşağı; yüksək qidalanmada - 23,0–27,4; I dərəcəli piylənmədə - 27,5–29,9; II dərəcəli piylənmədə - 30,0–34,9; III dərəcəli piylənmədə - 35,0 və daha çox.

Bədən kütləsi indeksi 26–45 yaşlı şəxslər üçün normada - 20,0–25,9; zəif qidalanmada - 19,9 və aşağı; yüksək qidalanmada - 26,0–27,9; I dərəcəli piylənmədə - 28,0–30,9; II dərəcəli piylənmədə - 31,0–35,9; III dərəcəli piylənmədə - 36,0 və daha çox ilə yanaşı ağırlaşmalar (qlükozaya qarşı tolerantlığın pozulması, dislipidemiya, hipertoniya, bel çevrəsi kişilərdə 94 sm, qadınlarda 80 sm) olduqda.

Bildirilib ki, 18 yaşa çatmamış şəxslərin şəhadətləndirilmə zamanı qidalanma vəziyyətini qiymətləndirmək üçün Azərbaycan Respublikasında qəbul edilmiş uşaqların və yeniyetmələrin fiziki inkişaf standartlarından istifadə olunur.

Tarix
2024.09.29 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla