Yuxarı

Füzulidə bu mərkəz fəaliyyətə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzulidə bu mərkəz fəaliyyətə başladı

Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan və bu ilin mart ayında istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi 2024/2025-ci tədris ilindən qapılanı müəllim və şagirdlərin üzünə açıb.

Mədəniyyət Nazirliyindən Axar.az-a verilən məlumata görə, “Böyük Qayıdış” proqramı çərçivəsində Bakı və digər rayonlardan doğma yurdlarına köçən Füzuli sakinlərinin övladları üçün yeni tədris ilində fortepiano, qanun, qarmon, tar, violin və rəqs ixtisasları üzrə tədris həyata keçirilir.

İlk olaraq 24 şagird təhsilə cəlb edilib. Beş təcrübəli müəllim onlara sənətin sirlərini öyrədir.

Şagirdlərdən qarmon üzrə Famil Məmmədli, tar üzrə Səma Tanrıverdiyeva, təsviri sənət (rəsm) üzrə Aysu Qocazadə, fortepiano ixtisasında Nigar Abdullazadə, xanəndəlikdə isə Əli Həzizadə seçdikləri sahələrə sevgi ilə bağlanıblar və uğur qazanmaq əzmi ilə öyrənməyə davam edirlər.

Uşaq Yaradıcılıq Mərkəzi Füzuli şəhərində uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərini ortaya qoymalarına, incəsənət sahəsində biliklərə yiyələnmələrinə münbit şərait yaradacaq. Növbəti mərhələlərdə digər sakinlərin Füzuliyə qayıdışı ilə, təbii olaraq, şagirdlərin sayı da artacaq.

Qeyd edək ki, bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağı kimi xüsusi əhəmiyyət daşıyır.

Tarix
2024.10.01 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla