Yuxarı

Bulvarda gəmi gəzintisinə start verilir? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvarda gəmi gəzintisinə start verilir? – Rəsmi

Son günlər yerli media və sosial şəbəkələrdə Bakı bulvarında "Mirvari" gəmisinin yenidən görünməsinə dair fotolar yer alıb. Gəminin yenidən görünməsi vətəndaşların həmin gəmidən nə zaman istifadə edəcəkləri sualını yaradıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.media-ya açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva gəmi gəzintisi üçün son hazırlıq işlərinin görüldüyünü deyib.

"Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Dənizin müəyyən hissələrində dərinliyinin ölçülməsi işləri aparıldı və buna uyğun olaraq yeni, təhlükəsiz marşrut xətləri müəyyənləşdirildi.

Eyni zamanda "Mirvari" gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Hazırlıq işləri yekunlaşdıqdan sonra qiymətlər və güzəştlər barədə məlumat veriləcək".

Tarix
2024.10.09 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla