Yuxarı

Zəhərlənən uşaqların 6-sı internata verildi, biri isə... - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəhərlənən uşaqların 6-sı internata verildi, biri isə... - Rəsmi

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq valideynlərin razılığı əsasında dövlət himayəsinə veriləcək.

Axar.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Report-a yeni tədris ili başlayandan sonra həmin uşaqların Bilgəhdə yerləşən internat evində təhsillərini davam etdirəcəkləri bildirilib.

Qeyd olunub ki, ailənin ümumilikdə 7 uşağı var, onlardan 4-ü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır:

“Yerdə qalan iki uşaq da dövlət himayəsinə veriləcək. Həmin uşaqların gələn həftədən etibarən dövlət himayəsinə verilməsi nəzərdə tutulur və onlar növbəti tədris ilindən etibarən Bilgəhdə təhsillərini davam etdirəcəklər. Ailədə qalan körpə isə südəmər olduğundan valideynlərin yanında qalır”.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı körpə qız ölüb.

Tarix
2026.04.15 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla