Yuxarı

AİB ilə sosial sahədə əməkdaşlıq müzakirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AİB ilə sosial sahədə əməkdaşlıq müzakirə edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Baş direktoru Lea Qutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Axar.az xəbər verir ki, nazirliklə AİB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə icra olunan birgə layihələrin əhəmiyyətini diqqətə çatdırıb. “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsi üzrə aparılmış işlərin müsbət nəticələrindən bəhs olunub.

Təşkilatın 2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının əməkdaşlığın genişləndirilməsində xüsusi önəm kəsb etdiyi vurğulanıb.

Nümayəndə heyətinə son illər ölkəmizdə həyata keçirilən sosial islahatların nailiyyətləri, aktiv məşğulluq proqramları, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Lea Qutierrez ötən dövrdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin məmnunluq doğurduğunu və yeni layihələr çərçivəsində birgə fəaliyyətin uğurla davam edəcəyinə əminliyini bildirib.

Görüşdə əmək sahəsi ilə bağlı yeni regional texniki yardım layihəsi çərçivəsində görüləcək işlər, əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tarix
2026.04.15 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla