Yuxarı

Bakıda kababçını öldürən şəxsə ağır cəza verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kababçını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Qəhrəmanova hökm oxunub.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Yaralı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Məlumata görə, A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Q.Qəhrəmanov kabab alarkən ona irad bildirib və tərəflər arasında mübahisə yaşanıb. Daha sonra küçədə rastlaşan tərəflər arasında yenidən mübahisə yaşanıb və məlum hadisə baş verib.

R.Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2024.10.09 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla