Yuxarı

Mehdiyevin ailəsinə məxsus şirkətin 75 min borcu var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan Kaspian Telekom MMC-nin (VÖEN – 1500545191) dövlət büdcəsinə vaxtında ödənilməyən böyük miqdarda vergi borcu var.

Axar.az Yeniavaz.com-a istinadla xəbər verir ki, 8 oktyabr 2024-cü il tarixinə olan məlumata görə "Kaspian TElekom” MMC-nin vergi borcu 74 min 69 manat 42 qəpik təşkil edib.

Məlumat üçün bildirək ki, Kaspian Telekom MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. Kaspian Telekom MMC eyni zamanda Ailə TV kabel televiziyası və "Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.

Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, Kaspian Telekom MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber-optik infrastruktura malik olan və SWIFT xidmətini göstərən ən böyük şirkətdir.

Qeyd edək ki, 28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı "İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17”də yerləşir.

"İstiqlaliyyət küçəsi, ev 11” ünvanı eyni zamanda Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.

Kaspian Telekom MMC-nin qanuni təmsilçisi isə Orxan Fikrət oğlu Əliyevdir. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.

Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.

Tarix
2024.10.09 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla