Yuxarı

BDU Türkiyənin daha 8 universiteti ilə anlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU Türkiyənin daha 8 universiteti ilə anlaşdı

Bakı Dövlət Universitetində (BDU) Qafqaz Universitetlər Birliyinə (KÜNİB) daxil olan ali təhsil ocaqlarının rektorları və BDU-nun professor-müəllim heyətinin iştirakı ilə görüş keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Axar.az-a verilən məlumata görə, tədbiri açan rektor, akademik Abel Məhərrəmov Qafqaz Universitetlər Birliyi tərəfindən təşkil olunan "KÜNİB 2016-cı il Təhsil Sərgisi" nin əhəmiyyətindən danışıb, BDU-nun beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil ocaqları ilə qurulmuş uğurlu əməkdaşlıqdan bəhs edib. Bildirib ki, Türkiyənin 30-dək universitetinin nümayəndəsinin iştirak etdiyi bugünkü görüş əlaqələrin davamlı xarakter daşımasına böyük zəmin yaradacaq. Tədbirdə iştirak edən universitetlərin əksəriyyəti ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyən rektor daha səkkiz ali təhsil müəssisəsi ilə memorandumun imzalanacağını diqqətə çatdırıb.

Qafqaz Universitetlər Birliyinin qurucu başqanı, Ərdahan Universitetinin rektoru Ramazan Qorxmaz yenidən Bakı Dövlət Universitetində olmaqdan məmnunluqlarını ifadə edib, dövlətlərarası dostluq, qardaşlıq münasibətlərindən danışıb, BDU ilə Birliyə daxil olan universitetlərin əməkdaşlığını yüksək qiymətləndirib.

Görüşün sonunda Türkiyənin Ərdahan, Bursa Orhan Qazi və daha altı ali təhsil ocağı ilə anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyi və Nanoaraşdırmalar laboratoriyasında olublar.

Tarix
2016.04.16 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla