Yuxarı

Məktəbli qız ədalətsizliyə görə Təhsil nazirinə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbli qız ədalətsizliyə görə Təhsil nazirinə müraciət etdi

Fevralın 13-də start götürən "Sabahın alimləri" III Respublika Müsabiqəsinin iştirakçılarından biri tədbirdən uzaqlaşdırılıb.

"Axar.az" xəbər verir ki, müsabiqədən uzaqlaşdırılan iştirakçının adı Əminə Əmirxanlıdır.

Əminənin hazırladığı proyekt müsabiqə təşkilatçıları tərəfindən plagiat hesab olunub və qəbul edilməyib. Məktəbli qız isə hazırladığı proyektin heç bir bənzərinin olmadığını və yenilik etdiyini qeyd edib. Buna görə də o, Təhsil naziri Mikayıl Cabbarova müraciət edib.

Qeyd edək ki, "Sabahın Alimləri" müsabiqəsi dünyanın ən nüfuzlu yarışı olan "İntel İSEF"də iştirak edən namizədləri müəyyənləşdirmək üçün seçim turudur. Müsabiqə 8 kateqoriya üzrə (riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri) keçirilir. Burada 108 şagird 65 elmi layihə ilə iştirak edir. Həmin layihələrdən 36-ı kollektiv, 29-u isə fərdidir. 15 fevral tarixində müsabiqə yekunlaşır və qaliblər mükafatlandırılacaq.

Məktəbli qızın məktubunu təqdim edirik:

"Salam Mikayıl müəllim. Məktubu sizə ünvanlayan Səbail rayonu 7 saylı məktəbin XI sinif şagirdi,eyni zamanda, ABŞ-in Kilgore Kollecinin tələbəsi Əminə Əmirxanlıdır. 2012-2013-cü illər 2 dəfə ingilis dili fənn olimpiadasında, 2 dəfə də Sabahın Alimləri Respublika Musabiqəsində 1-ci yerləri tutmuşam və qızıl medalla təltif olunmuşam. 2012-ci il ABŞ səfirliyi xətti ilə YLP iştirakçısıyam və ABŞ-ın Arizona Universitetində liderlik dərsləri almışam. İstanbulda keçirilən 23-cü Beynəlxalq MEF olimpiadasının iştirakçısıyam. 2 dəfə Kiprdə təlimdə olmuşam. Gələcəyə baxış ABŞ-Azərbaycan forumuna SOCAR-dan valantyor kimi qatılmışam. 2014 -cü il 5 fevral günü Dövlət Gənclər Mükafatı almışam. Dərs əlaçısıyam.

Bu il də Sabahın Alimləri III Respublika Müsabiqəsinə qatılmışam. XI sinif olmağıma baxmayaraq, vaxtımın çoxunu bu işə sərf etdim. İşim dünyada kimsənin etmədiyi, heç yerdə çap olunmayan yeni bir şeydir. Olduqca ciddi hazırlaşdım. Elmi rəhbəri "Google"dan araşdırıb seçmişəm. Seçdiyim adam isə olduqca tanınmış azərbaycanlıdır. Kamran Mahmudov. Biz hələ şəxsən görüşməmişik, bütün tapşırıqları, dərsləri "Skype"dan almışam. Amma proyektin sintez hissəsini BDU-nun Ekoloji kimya və ətraf mühitin qorunması laboratoriyasında özüm şəxsən etmişəm. Bu gün haqsızlıq baş verdi və mən müsabiqədən kənarlaşdırıldım. Mənə bildirdilər ki, proyektim plagiatdır. Elmi rəhbərim Lissabondan müsabiqə təşkilatçılarına mesaj göndərdi və proyektin mənim etdiyim hissəsindəki yenilikləri təsdiqlətdi. İşin plagiat olmadığını, mənim gördüyüm hissənin isə mənə qədər heç yerdə çap edilmədiyini bildirdi. Sizə əminliklə bildirirəm ki,mənim gördüyüm hissə plagiat deyil və dünyada heç yerdə çap olunmayıb. Mənə inanaraq bitərəf ekspert qrupu təyin etsəniz, görəcəksiniz ki, "Shiff" əsaslı kondensləşməsinə əsaslanan molekulyar açarlar mənə qədər heç bir ədəbiyyatda yoxdur. Mənim gördüyüm işdə 2 böyük yenilik budur: Birinci, şif əsaslı kondensləşmənin köməyi ilə izomerləşmə, ikinci isə ion qarşılıqlı təsir hesabına izomerləşmədir.

Mikayıl müəllim, sizin məsələni araşdırmanıza çox ümid edirəm. Xahiş edirəm, Elmi Ekspertiza Komissiyası, yaxud bitərəf ekspert qrupu ədalətlə araşdırsın ki, göstərdiyim hissələrdə plagiat varmı?"

Tarix
2014.02.15 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla