Yuxarı

Ən parlaq qələbələrimizdən biri… - Qafarov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

45 min nəfərdən çox əhalisi olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdular. 25-29 oktyabr 1993-cü ildə qeyri-bərabər döyüşlərdə əhali 235 nəfər şəhid və itkin verərək Araz çayından İran İslam Respublikasının ərazisinə keçərək xilas ola bilmişdi.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırladıb ki, işğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşdı:

“Rayon ərazisində dəhşətli cinayətlər baş verdi, kəndlər, infrastrukturlar məhv edildi, tarixi ən qədim dövrlərə, bəzilərinin isə hətta eramızdan əvvəl VI əsrə qədər gedib çıxan tarixi abidələr erməni vandalizminin qurbanı oldu, talan edildi və tamamilə dağıdılaraq, yerlə-yeksan olundu”.

K.Qafarov Zəngilanın azad edilməsinin Vətən müharibəsinin gedişində əldə olunmuş mühüm qələbələrdən biri olduğunu vurğulayıb:

“2020-ci ilin 20 oktyabr tarixində Şanlı Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində növbəti parlaq qələbələrindən birini əldə etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Vətən müharibəsinin ilk günlərində Zəngilandan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun yeddi kəndinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Ümumilikdə isə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa olundu. Bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur”.

Tarix
2024.10.20 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

Türk ölkəsinə axın: Emin orda böyük layihə başlatdı

Səfirimizin 3 milyonluq korrupsiya əməli - Bakıya təhlükə

Simonyan Qarabağ savaşına görə Bakıya haqq verdi…

Prezident Zəngilanla bağlı paylaşım etdi

Putin Bakıya gəlməkdən imtina etdi – Doğru qərardır!

Zəngilanın azad olunmasından dörd il ötür

Qarabağda əməliyyat BMT qətnamələri əsasında aparılıb

Türk dövlətləri dəstəklədi: yeni şuralar yaradılır

Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla