Yuxarı

Sumqayıt polisi: İntihar etmək istəyən Qarabağ əlili sərxoş olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt polisi: İntihar etmək istəyən Qarabağ əlili sərxoş olub

Ötən gün saat 15.30 radələrində Sumqayıt şəhərində yaşayan I qrup Qarabağ əlili Malik Qardaşxan oğlu Məcidov özünü yandırmaq istəyib.

Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Malik Məcidov Sumqayıt şəhər İcra Hakimiyyətinin qabağına gələrək əlindəki butulkanın içərisindəki benzini üstünə tökərən özünü yandırmaq istəyib. Lakin ərazidə olan polis əməkdaşları onu durdura bilib.

Polislər həmin şəxsin içkili vəziyyətdə olduğunu bildirib. Malik Məcidov maddi vəziyyətinin pis olmasını əsas gətirərək, özünü öldürmək istəyib.

Polisdən bildiriblər ki, həmin şəxsə həmişə diqqət və qayğı olub. M.Məcidova dövlət tərəfindən maşın və ev də verilib. Lakin o, yenə də maddi durumunun ağır olmasından şikayət edib.

Məsələ ilə bağlı Sumqayıt şəhər icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavin Sahib Quliyevinverdiyi məlumata görə, hər dəfə bir Qarabağ əlili onlara müraciət edir.

"Hər gün çox sayda müraciətlər daxil olur. Lakin dünən heç kəs özünü öldürmək istəməyib. Deyilənlər yalandı. Sumqayıtda problemi olanlar bizə müraciət edib və tərəfimizdən əhalinin bütün problemləri həll olunur", - deyə Sahib Quliyev bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı "Qarabağ qaziləri" Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev APA-ya bildirib ki, M.Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru deyil: "Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna mane olublar. Sadəcə Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır".

E.Mustafayev həmçinin bildirib ki, əlil M. Məcidovun problemi ilə hələlik heç kim maraqlanmayıb: "Əlilin problemlərinin həlli edilməsi üçün bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək məsələ qaldıracağıq".

Tarix
2014.02.15 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla