Yuxarı

Bakıda bu MTK yaşıllıqları məhv etdi, cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hüseynoglu Residence" MTK yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozduğu üçün cərimələnib.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.4 (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, "Hüseynoglu Residence" MTK 2019-cu ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Fuad Bağış oğlu Məmmədovdur. MTK-nın paytaxtın Binəqədi rayonunda çoxmənzilli yaşayış kompleksi mövcuddur.

Tarix
2024.10.25 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

Azərbaycan Avropa Birliyinə nota verdi

Milli Məclisin iclasları təxirə salınacaq

Paşinyan və Mirzoyan Bakıya dəvət edilib

Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır

Ermənistan Arazı çirkləndirir - Şərqi Azərbaycan rəsmisi

Prezidentdən delimitasiya ilə bağlı fərman

Xaçatryan delimitasiya sənədini təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla