Yuxarı

Sabahın hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Tarix
2024.11.12 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Albaniya prezidenti ilə görüşdü

Prezident Bolqarıstanın XİN başçısını qəbul etdi

Bu, insanlığa qarşı bir təhqirdir - Hacıyev

Rusiya-ABŞ-dan çox, bu ölkələrin rəqabətini görəcəyik

Bakı Qlobal Forumu bunun üçün çox yaxşı fürsətdir

Prezident Jelka Tsviyanoviçlə görüşdü

Rus sülhməramlılar bu məlumatı bizdən gizlədiblər - Akopyan

Məqsəd budur: Putin imtina etsin, Tramp isə... – Arkov

Ermənistanın Azərbaycana ərazi iddiaları davam edir

General Manukyan: Azərbaycana qarşı vuruşmuş Səfilyan...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla