Ana səhifə Toplum |
Bakının təmizliyi və gözəlliyi məni valeh etdi.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün Azərbaycana səfərə gələn Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru Yuriko Koike Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşündə deyib.
Y.Koike Azərbaycanda olmaqdan və COP29 tədbirində iştirakından məmnun qaldığı bildirib.
Qonaq həmçinin Azərbaycanın və Bakı şəhərinin son illərdə sürətlə inkişaf etdiyini xüsusilə qeyd edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaponiya nümayəndə heyətinin Bakıda olduğundan məmnunluğunu ifadə edərək paytaxt barədə məlumat verib. O bildirib ki, bu gün Bakı və regionların inkişafı ölkə başçısı İlham Əliyevin fəaliyyətinin nəticəsidir.
Daha sonra hər iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Tarix
2024.11.13 / 11:58
|
Müəllif
Axar.az
|