Yuxarı

Venesuelanın nazir müavini ADU-nun qonağı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak edən Venesuelanın ekososializm üzrə nazir müavini Jose Ramon Pereyra və Venesuelanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

“Venesuelada fəaliyyət göstərən universitetlərlə, ictimai xadimlərlə, ədəbiyyat və mədəniyyət nümayəndələri ilə əlaqələrimizin qurulmasında bizə yaxından köməklik göstərən cənab səfirə öz təşəkkürümüzü bildiririk. Bundan sonra da biz dost, qardaş Venesueladan olan alimləri universitetimizdə görməkdən məmnun olarıq. Bizim universitet nümayəndələrimiz də Venesuelada səfərdə olublar. Mənə elə gəlir ki, sizin ölkədə fəaliyyət göstərən universitetlərlə əlaqələrimizi daha da inkişaf etdirə bilərik. Bu, həm tələbələrimiz, həm də müəllimlərimiz üçün son dərəcədə faydalı olardı”, - rektor vurğulayıb.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Jose Ramon Pereyra ADU-nun Venesuelada fəaliyyət göstərən universitetlərlə elmi əlaqələr qurmasının əhəmiyyətindən söz açıb. Qonaq elmi əməkdaşlıq üçün münbit şəraitin olmasına diqqət çəkib:

“Ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olması sevindirici haldır. Bu əlaqələr bütün sahələrdə özünü müsbət yöndə göstərməkdədir. Gənclərin elm, təhsil sahəsində fəaliyyətlərini dəstəkləmək çox önəmlidir. Həmçinin tələbə mübadiləsi, elmi, mədəni, ədəbi istiqamətlərdə əməkdaşlıq üçün hər cür dəstəyi göstərməyə hazırıq”.

Kamal Abdulla Venesuelada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını təmsil edəcək mərkəzin yaradılmasının vacibliyini qeyd edib.

Bildirilib ki, hazırda bu istiqamətdə ciddi işlər aparılır və bunun nəticəsi olaraq yeddi ölkədə Azərbaycan mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir.

Görüşdə hər iki ölkənin tarixi, ictimai, siyasi həyatı ilə bağlı oxşar cəhətlərin olması diqqətə çatdırılıb. ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycanın Zəfər tarixindən və Qarabağ həqiqətlərindən söz açıb.
Görüş gələcək elmi əməkdaşlıq və yeni elmi perspektivlərin axtarışları ətrafında aparılan müzakirələrlə davam edib.

Tarix
2024.11.16 / 00:43
Müəllif
Axar.az
Digər xəbərlər

Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens

Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...

Azİİ eybəcər səslənir, çürük imperiya yaddaşıdır – Rüstəmxanlı

Putin azərbaycanlı qəhrəmanı təltif etdi

Rəsmi Bakıdan TASS-a xəbərdarlıq: Üzr istəməsə...

Xankəndidə Ayvazovskinin büstünün sökülməsi… - XİN

Azərtac TASS-a xəbərdarlıq etdi

Azərbaycanla sülh uğrunda mübarizə aparırıq - Qusev

Azərbaycanla sülh olacaq - Xaçatryan

Rəsmən bəyan edildi: Zəngəzur dəhlizi təhvil verilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla