Yuxarı

Oqtay Şirəliyevin tibb müəssisəsi cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oqtay Şirəliyevin tibb müəssisəsi cərimələndi

Respublika Diaqnostika Mərkəzi ASC gömrük qaydalarını pozduğuna görə cərimələnib.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzi ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. 2 milyon 415 min 646 manat nizamnamə kapitalına malik olan tibb müəssisəsinin qanuni təmsilçisi sabiq səhiyyə naziri Oqtay Şirəliyevdir.

Oqtay Şirəliyev hələ 1988-2005-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktoru olub. O, 2005-2021-ci illərdə isə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb.

Tarix
2024.11.19 / 10:14
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla