Yuxarı

Vətən müharibəsi iştirakçısı hakim oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə mayoru, Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyev hakim təyin olunub.

Axar.az xəbər verir ki, o, Prezident İlham Əliyevin imzaladığı bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncama əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.

Qeyd edək ki, C.Nəbiyev 1990-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.

C.Nəbiyev Müdafiə Nazirliyində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi vəzifələrdə çalışıb. Müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif oluub.

Qeyd edək ki, C.Nəbiyev 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına", "Döyüşdə fərqlənməyə görə" medalları ilə, həmçinin Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal və "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalla təltif olunub.

Tarix
2024.11.20 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

İran Zəngəzurda strateji məğlubiyyətə uğradı – Hill

16 min erməni Ermənistan vətəndaşı oldu

Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?

Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək? - Atanesyan

Rusiya Hindistanı qabağa verərək, Bakını... - Şok

Sərkisyandan etiraf: Heç vaxt Azərbaycana çata bilmərik!

Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi

Bakıda həbsdə olan rusiyalılarla bağlı açıqlama

“Alfa” AZAL təyyarəsinə görə neçə milyon ödəyib?

13 Rusiya vətəndaşının azadlığa buraxılması... - Rəsmi Bakı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla