Yuxarı

Bu veriliş yenə mikayıllaşır - MTRŞ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu veriliş yenə mikayıllaşır - MTRŞ

"Speys" televiziyasında yayımlanan "Sevimli mahnı" verilişinin aparıcısında "Sevimli şou"dakı xarakterinə meyllənmə hiss olunur.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, verilişin son buraxılışlarda yenə də ictimaiyyət arasında daha çox toy biznesinin nümayəndələri kimi tanınan müğənnilərin iştirakı ilə toyxana mahnılarından ibarət veriliş formatına keçid müşahidə olunur: "Düzdür, verilişdə həmin müğənnilərin ifasında hərdən muğam da eşitmək mümkündür. Amma bir neçə veriliş öncəyədək veriliş daha çox ciddi incəsənət xadimlərinə, onların yaradıcılığına həsr olunurdu. Azərbaycan milli efirində çal-çağır verilişləri az deyil. Lakin əvvəllər "Sevimli şou", indi isə "Sevimli mahnı" get-gedə digər verilişlərdən fərqlənir".

Şöbə müdiri qeyd edib ki, yayımçılar yaradıcılıq fəaliyyətində müstəqil olsalar da, televiziya efiri toyxanadan, aparıcı "tamada"dan seçilməlidir: "Milli efirimiz öz kübarlığını itirməməlidir. Verilişlər yalnız reytinq toplamaq, kommersiya məqsədilə deyil, həmçinin maarifçilik prinsipləri nəzərə alınmaqla hazırlanmalıdır. Bunlar şablon ifadələr deyil. Real mənzərədir. Şouların səviyyəsi yüksəldilməlidir. Onsuz da müəyyən kateqoriya tamaşaçı şouya baxmağa meyllidir. Çalışıb onu yerli şoulara cəlb etməliyik. Yoxsa o, xarici kanallara meyllənəcək. İndi kimi dindirirsən, deyir xarici yayımçılara baxıram. Burada əvvəllər də deyildiyi kimi, yerli yayımçılar, onların bəzi zəif verilişləri mühüm rol oynayır. Hesab etmək olar ki, səviyyəli şou hazırlamaqla daha çox da qazanc, reytinq əldə etmək olar, nəinki aşağı səviyyəli verilişlə. Yayımçılar işə peşəkarları cəlb etməli, veriliş aparıcıları, yaradıcı heyət qarşısında tələbləri artırmalıdır".

Qeyd edək ki, bir müddət əvvəl Mikayıl Güləddinoğlunun aparıcısı olduğu "Sevimli şou" verilişi bağlanıb. M.Güləddinoğlu hazırda "Sevimli mahnı" verilişinin aparıcısıdır.

Tarix
2016.04.27 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla