Yuxarı

BMT-nin bu fondu Azərbaycanda kampaniyaya başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-nin bu fondu Azərbaycanda kampaniyaya başlayır

BMT-nin Əhali Fondu (UNFPA) Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizəyə töhfə vermək məqsədilə 16 günlük fəallıq kampaniyasına başlayır.

Axar.az xəbər verir ki, kampaniya Yaponiyanın "Takeda Pharmaceuticals Company Limited" əczaçılıq şirkətinin maliyyə dəstəyi ilə UNFPA tərəfindən həyata keçirilən “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində reallaşacaq.

“Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!" şüarı altinda 16 günlük fəallıq kampaniyasının builki hədəfi texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizədir. Bu növ zorakılıq qadınlara qarşı təhqir, təqib, şantaj və şəxsi məlumatların icazəsiz paylaşılması kimi müxtəlif formalarda özünü göstərə bilər. Sosial media, mesajlaşma platformaları və digər rəqəmsal vasitələrdən istifadə zamanı bu cür zorakılıqla qarşılaşma halları daha çox ola bilər.

Kampaniyanın məqsədi ictimai məlumatlılığı artırmaqla, qadınlara və qızlara qarşı zorakılığa diqqət çəkmək, texnologiyaların onlara qarşı zorakılıq vasitəsi kimi istifadə olunmasının qarşısını almaq, qadın və qızları texnologiyalardan təhlükəsiz istifadə qaydaları haqda məlumatlandırmaqla texnologiyadan istifadə vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmləri ilə təmin etməkdir.

Layihə çərçivəsində müxtəlif kommunikasiya kanalları vasitəsilə gender bərabərliyi, qadınların hüquqları və zorakılığa qarşı müdafiə yollarını vurğulayan materiallar yayımlanacaq.

Bununla yanaşı, Bakı şəhərində, həmçinin Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrində genişmiqyaslı məlumatlandırma sessiyaları təşkil olunacaq. Məktəblərdə və icmalarda keçiriləcək məlumatlandırırma sessiyaları vasitəsilə 1800-dən çox insana qadınlara qarşı müxtəlif texnologiyalardan istifadə vasitəsilə törədilən zorakılıq halları və buna qarşı mövcud müdafiə mexanizmləri barəsində məlumat veriləcək.

Tarix
2024.11.25 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Kallasla görüşdü

Arakçı Azərbaycana gəlir

Bayramov Stiven Dauti ilə görüşdü

Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...

Minsk qrupunu buna görə bağladıq - Valtonen

Bayramov Vyanada mühüm iclasda iştirak edir

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla