Yuxarı

AZAL-dan kampaniya: aviabiletlərə 30%-dək endirim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-dan kampaniya: aviabiletlərə 30%-dək endirim

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə “Uçuran Cümə” kampaniyasına start verib.

Axar.az xəbər verir ki, 26 noyabr - 1 dekabr tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 30%-dək endirimlə əldə edə biləcəklər. Təklif 2024-cü il noyabrın 30-dan 2025-ci il aprelin 30-na kimi həyata keçirilən reyslərə şamil olunur.

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tarifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq edilmir.

Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!

Tarix
2024.11.26 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla