Yuxarı

COP29 zolağına görə hələ də cərimə yazılır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
COP29 zolağına görə hələ də cərimə yazılır? - Video

Bakıda, aeroport yolunda, Binə körpüsündən şəhər istiqamətində COP29 nişanı çəkilmiş zolaqda avtomobillərin cərimələndiyi iddia olunub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Vətəndaş iddia edib ki, zolaqda avtobus yolu olduğunu bildirən hər hansı nişanın olmamasına və COP29 zolaqlarının artıq qüvvədən düşməsinə baxmayaraq, yol kənarında olan kameralar hələ də ətrafda olan avtomobilləri çəkir.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ərazidəki nişanın götürüldüyünü təsdiqləyib.

"Ərazidə 5.9, avtobus zolağını bildirən yol nişan sökülüb", - məlumatda qeyd edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli açıqlamasında həmin zolaqla hərəkət etdiyinə görə heç bir avtomobilin cərimə olunmadığını deyib:

"Təəssüf hissi ilə bildiririk ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də avtomobillərini ümumi istifadədə olan avtobus dayanacağı meydançasında və ya 5.12 yol nişanlarından 15 metrdən az məsafədə saxlayırlar.

Avtobusların dayanacağa daxil olmasına maneə yaradaraq qaydaları pozan sürücülərlə bağlı isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.2-ci maddəsinə uyğun olaraq, tədbirlər həyata keçirilir. Həmin sürücülər 40 manat məbləğində cərimə olunurlar".

Tarix
2024.11.27 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla