Yuxarı

Haqqında 1,5 milyonluq mülki iddia qaldırıldı: bəraət aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haqqında 1,5 milyonluq mülki iddia qaldırıldı: bəraət aldı

Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin 1 milyon 515 min 139 manat mülki iddia qaldırdığı sahibkar Yaqub Raquf oğlu Hidayətova bəraət verilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə onun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilib və təqsirsiz elan edilib.

Eləcə də, Yaqub Hidayətovun barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunaraq vergi orqanının ona qarşı qaldırdığı mülki iddiası da baxılmamış saxlanılıb.

Ona qarşı irəli sürülmüş ittihamda bildirilib ki, təqsirləndirilən şəxs meyvə tərəvəz məhsullarının tədarükü və ixrac edilməsi fəaliyyəti ilə məşğul olarkən vergi orqanına bəyannəmə təqdim etməyib və ümumilikdə 1 milyon 515 min 139 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il hökmü ilə o, Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinib.

Hökmə əsasən, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilib. Eləcə də vergi orqanının onun barəsində olan mülki iddiası qismən təmin edilib. Belə ki, Yaqub Hidayətovdan 102 min 053 manat tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınıb.

Hökmdən narazı qalan tərəflər apellyasiya şikayəti və protesti versələr də, Gəncə Apellyasiya Məhkəməsi həm şikayəti, həm də protesti təmin etməyib.

Daha sonra apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edilib. Ali Məhkəmənin qərarına əsasən, cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılıb.

Tarix
2024.11.28 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla