Yuxarı

30 illik həbsdən sonra günahsız çıxdı: 13 milyon verdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 illik həbsdən sonra günahsız çıxdı: 13 milyon verdilər

Ömrünün 30 ilə yaxınını dəmir barmaqlıqlar arasında keçirəndən sonra andlılar məhkəməsi 64 yaşlı amerikalı Maykl Sallivanın 1986-cı ildə baş verən Uilfred Makqrat qətli hadisəsində təqsirsiz olduğu haqda qərar çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Massaçusets ştatında qanunsuz mühakimələrə görə maksimum kompensasiyanın bir milyonla məhdudlaşmasına baxmayaraq, məhkəmə ona 13 milyon dollar təxminat verib.

“Ən önəmlisi məni qətldə təqsirli bilməmək və onu tərcümeyi-halımdan silməkdir. Pul, təbii ki, mənim üçün çox faydalı olacaq”, - o bildirib.

Maykl Sallivan etiraf edib ki, azadlığa çıxdıqdan sonra yeni dünyaya uyğunlaşmaqda çətinlik çəkib, bu dünya təxminən otuz illik həbsdə olduğu müddətdə kəskin şəkildə dəyişib. Bu müddət ərzində anası və 4 bacısı ölüb və həbsxanada ona dəstək olan sevgilisi sonda onu tərk edib.

Aldığı təzminata baxmayaraq, o, həyatında kəskin dəyişikliklər gözləmir. O deyib ki, həbs olunmazdan əvvəl yük maşını sürücüsü olmağı arzulayırmış. İndi amerikalı yeni yük maşını almağı və bacısı qızlarının qayğısına qalmağı planlaşdırır.

Tarix
2024.11.28 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla