Yuxarı

Tovuz məktəbində yanğın: şagird və müəllimlər təxliyə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuz məktəbində yanğın: şagird və müəllimlər təxliyə edildi

Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbdə yanğın baş verib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, yanğına səbəb qısaqapanma olub.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, yanğın məktəbin 3-cü mərtəbəsində naqillərin paylanma qutusunda və kabel xətlərində yaranan qısaqapanma nəticəsində yaranıb.

“Məktəbdə yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagird və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Onların səhhətində hər hansı bir problem yaranmayıb.

Bildiririk ki, təhsil müəssisəsinin elektrik sisteminə ciddi ziyan dəyib. Təhlükəsizliyi və tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır.

Hazırda müvafiq təhsil sektorunun rəhbərliyi və əməkdaşları təhsil müəssisəsindədirlər”, – açıqlamada qeyd olunub.

Tarix
2024.12.05 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla