Yuxarı

Şəkidə tarixi məbədə 5 milyon xərclənəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkidə tarixi məbədə 5 milyon xərclənəcək

"Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində açılış üçün avadanlıqların quraşdırılmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Bildirilib ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıq işlərinə başlayıb.

Agentlik qoruq ərazisində açılış üçün avadanlıqların quraşdırılması işlərinin icrasını "MAX PRİNT" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib. Bunun müqabilində şirkətə 5.023.809 AZN (5 milyon 23 min 809 manat) ödəniləcək.

Qeyd edək ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır.

Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib.

Tarix
2024.12.09 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla