Yuxarı

BDU ən yaxşı universitetlərin fənn reytinqində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU ən yaxşı universitetlərin fənn reytinqində

Bakı Dövlət Universiteti (BDU) “QS Quacquarelli Symonds” tərəfindən dərc edilən və yüksək akademik standartlara malik universitetlərin fənn reytinqində yer alıb. Belə ki, BDU “QS Subject Rankings 2024” çərçivəsində neft və qaz sahəsində ixtisaslar üzrə dünyanın ən yaxşı 150 universiteti sırasına daxil olub.

Bu barədə Axar.az-a BDU-dan məlumat verilib.

Bildirilib ki, “QS Subject Rankings” reytinqi hazırlanarkən akademik reputasiya (akademik dairələrdə universitetin tanınması və nüfuzu), işəgötürənlər arasında reputasiya (məzunların işə qəbul edilməsi üzrə şirkət və təşkilatların rəyi), bir elmi nəşrə görə sitatların sayı (elmi tədqiqatların təsir gücünü əks etdirən göstərici), Hirş indeksi (elmi məhsuldarlıq və tədqiqatların sitatlandırma səviyyəsi), beynəlxalq elmi əməkdaşlıq indeksi (universitetin qlobal elmi əməkdaşlıq səviyyəsini əks etdirir) əsas götürülür.

BDU-nun bu uğuru universitetin Strateji İnkişaf Planı çərçivəsində həyata keçirdiyi davamlı islahatların, elmi potensialın artırılmasının və beynəlxalq əlaqələrin genişləndirilməsinin nəticəsidir.

Tarix
2024.12.10 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla