Yuxarı

Bu gün ölkənin bəzi rayonlarında qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün ölkənin bəzi rayonlarında qaz olmayacaq

Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda "Masazır" yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması, Balakən rayonu ərazisində qaz xətlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və "Tərtər" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə dekabrın 11-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Axar.az-a "Azəriqaz" İB məlumat yayıb.

Qeyd olunub ki, qaz təchizatının dayandırıldığı müddətdə paytaxtın Nərimanov rayonu üzrə İ.Hidayətzadə, A.Heydərov, Mayovski, M.Nağıyev və Y.Nəsirov küçələrində, Suraxanı rayonu üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, Abşeron rayonu üzrə Masazır qəsəbəsinin yeni yaşayış sahəsində və Xırdalan şəhərindəki AAF Park Yaşayış Kompleksində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Regionlar üzrə Balakən rayonunun (Balakən şəhəri, 1 qəsəbə və 26 kənd), Tərtər rayonunun (23 kənd) və Bərdə rayonunun (9 kənd) bir hissəsində də qaz təchizatında müvəqqəti fasilə olacaq.

Tarix
2024.12.11 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla