Yuxarı

MTRŞ-dan reklamlarla bağlı - Yeni qayda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-dan reklamlarla bağlı - Yeni qayda

Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli televiziya kanallarına qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasını göndərib. Hazırda yayımçılar yeni qaydaların tələblərinə adaptasiya mərhələsindədirlər.

MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov Report-a bildirib ki, Nazirlər Kabineti tərəfindən bu il martın 2-də "Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası" təsdiq olunub. Həmin Qaydaya görə, televiziya proqramlarında qaçan sətirlə reklamın yayımı xüsusi bildiriş, yaxud "R" işarəsi ilə müşayiət olunmalıdır. Qaçan sətir reklamı TV kadrının aktiv hissəsinin 7%-dən çox sahəni tutmamalıdır. Bu cür reklamın vaxtı ümumilikdə TV-də reklam üçün ayrılmış ümumi vaxta daxildir.

"Bundan başqa, siyasi verilişlərdə, xəbər proqramında qaçan sətir reklamı verilə bilməz. Uşaq və dini verilişlərdə isə alkoqollu içki reklamı subtitrlə verilə bilməz. Matəm günlərində qaçan sətir reklamı yayımlanana bilməz və s.", - şöbə müdiri deyib.

T.Dadaşov bildirib ki, MTRŞ bu sahədə müəyyən məsələləri nəzərə alır:

"Hazırda qeyd etdiyim qayda telekanallara göndərilib. Yayımçılar yeni qaydaların tələblərinə adaptasiya mərhələsindədirlər. Biz burada müəyyən məsələləri nəzərə alırıq. Çünki reklam verənlərlə müqavilələr köhnə şərlərlə bağlanıb. Lakin tezliklə qaydaların tələblərinin icra vəziyyətinə ciddi şəkildə nəzarət ediləcək. Əvvəlki dövrlərdə efirin bəzən 30%-dən çox hissəni tutan qaçan sətir reklamlarına rast gəlinirdi. Bu isə tamaşaçının hüquqlarını pomaq, proqramların keyfiyyətli yayımına əngəl törədirdi".

Tarix
2016.05.02 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla