Yuxarı

MN-in sabiq idarə rəisinin cəzası artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq idarə rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Məlikməmməd Qurbanovun cəzası 2 il 6 ay çoxaldılıb. Məlikməmməd Qurbanovun üzərində qəti olaraq 6 il 6 ay cəza saxlanılıb.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Tarix
2024.12.16 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın İraqdakı səfiri geri çağırıldı

Bayramov Pol Riçard Qallagerlə görüşdü - Foto

Əsəd rejimi çökəndən sonra Ərdoğanla məsləhətləşdim...

İlham Əliyev Paul Riçard Qallageri qəbul etdi - Foto

“Erməni soyqırımı”nı yalnız bu 2 müsəlman ölkəsi tanıyıb

Vergi Məcəlləsindəki dəyişikliklər qəbul edildi

Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır

İlham Əliyev Bəhreyn Kralını təbrik etdi

Əli Əsədov qərar imzaladı

Papikyan Fransaya silah almağa gedir – Rusiyaya “ötürəcək”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla