Yuxarı

Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı

Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon ərazisində hərəkətdə olan "Ford" markalı yük avtomobilinin sürücüsü işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücü 42 yaşlı Fuad Məmmədovun narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib.

Tibbi müayinənin nəticəsində F.Məmmədovun narkotik vasitədən istifadə etməsi təsdiqini tapıb.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Tarix
2024.12.18 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla