Yuxarı

Ov etmək üçün onlayn icazə niyə tətbiq olunmur? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ov etmək üçün onlayn icazə niyə tətbiq olunmur? – Rəsmi

Ov etmək üçün onlayn icazənin tətbiq olunmamasının səbəbi açıqlanıb.

Axar.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, vətəndaşlar onlayn formada icazədən daha çox ASAN xidmət mərkəzlərinə müraciət edərək ovçuluq biletlərini əldə etməyə üstünlük verir:

“Ovçuluq biletlərinin verilməsi ilə bağlı xidmət 5 saylı ASAN xidmət mərkəzində və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında elektron xidmətlər bölməsində bu xidmətin birinci mərhələsi üçün müraciət bölməsi var. İllik statistikaya nəzər salanda görürük ki, elektron formada müraciət çox azdır”.

A.Babayeva bildirib ki, gələcək illərdə ov etmək üçün onlayn icazənin tətbiqinin həyata keçirilməsi nəzərdə tutulub:

“Ovçuluq üçün icazə alanların əksəriyyəti regionlardan olan yaşlı insanlardır. Onlar üçün də əyani müraciət elektron müraciətdən daha asandır. Amma təbii ki, onlayn icazənin gələcək illər üçün tətbiqi nəzərdə tutulub. Çünki gənclər arasında buna tələbat var".

Tarix
2024.12.19 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla