Yuxarı

Bu metro stansiyasının tikintisi dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu metro stansiyasının tikintisi dayandırıldı

Bakı Metropoliteni QSC-nin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metrostansiyanın tikintisi dayandırılıb.

Axar.az xəbər verir ki, bunu TNS-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb:

"Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil ki, tikinti davam etdirilməyəcək. Stansiyanın inşasının əsas ağır mərhələsi geridə qalıb. 4 mərhələli inşaatın bütün mərhələləri üzrə qazıntı başa çatdırılıb, inşaatın tamamlanması adlandırılan işlərə başlanılıb, mərmər üzlük – qranit vurulmasına hazırlıq görülüb, dizayn mərhələsi həll edilir, stansiyada infrastrukturun qurulması üçün hazırlıq da var".

Qurum sözçüsü qeyd edib ki, stansiyanı “8 Noyabr”a birləşdirən hər iki yol infrastrukturu, yəni onun dəmir-beton yol hissəsi, relsləri qurulub: “Qatarların hərəkətini təmin edən elektrik sistemi və təmas relslərinin qurulması işləri görülməlidir. Stansiyada digər işlərin də hazırlığı görülüb. Məsələn, eskalatorlar və havalandırma ventilyatorları da gətirilib”.

Tarix
2024.12.20 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla