Yuxarı

ADU-da “Qarabağ zəfəri və türk dünyası” konfransı…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə ”Qarabağ zəfəri və türk dünyası” mövzusunda dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, dəyirmi masa Azərbaycan xalqının əzəli torpaqlarını işğaldan azad etdiyi şanlı Zəfərin geniş müzakirəsinə və türk birliyinin əhəmiyyətinin vurğulanmasına həsr olunub.

Tədbiri giriş sözü ilə açan Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli tədbirin əhəmiyyətindən danışaraq, Qarabağ zəfərinin tarixi və siyasi əhəmiyyətini vurğulayıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, qeyd edib ki, Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, bütün türk dünyası birliyinin, həmrəyliyinin, mətinliyinin göstəricisidir:

“Qarabağ zəfəri təkcə Şanlı Qələbə deyil, bu Zəfər tarixdə türk dünyasının birliyini sübut edən bir dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız bu Qələbə türk birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər eyni zamanda, ədalətin bərqərar olmasıdır. Azərbaycan torpaqlarının azad olunması ilə biz yalnız haqqımızı bərpa etmədik, həm də türk birliyinin gücünü göstərdik. Bu birlik hər birimizin gələcəyinə ümid işığıdır”.

Millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov çıxışında Qarabağ zəfərinin təkcə hərbi gücün deyil, həm də siyasi iradənin və xalq birliyinin nəticəsi olduğiunu vurğulayıb. Onun sözlərinə görə bu zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq dəyəridir.

Türkiyənin Milli Müdafiə Universitetinin prorektoru, professor Nurəddin Acır çıxışında bildirib ki, bu kimi tədbirlər türk dövlətlərinin birliyini möhkəmləndirməklə yanaşı, Qarabağ zəfərinin beynəlxalq səviyyədə tanınmasına və onun tarixi əhəmiyyətinin təbliğinə xidmət edir.

Türk dövlətləri arasında strateji əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayan Nurəddin Acır Qarabağ zəfərinin türk dünyası üçün bir nümunə olduğunu bildirib:

“Biz bu Qələbə ilə dünya siyasətində yeni bir güc balansı yaratdıq. Türk dövlətlərinin birliyi daha güclü gələcəyin təminatıdır. Bu zəfər həm də bir sübutdur ki, türkün olduğu yerdə ədalət var, güc var, birlik var. Qarabağ zəfəri bütün türk dünyasının gələcəyinə ümid qapıları açdı və biz bunu birlikdə qoruyacağıq”.

Tədbir tələbələrin ifasında “Qarabağ zəfəri” adlı kompazisiya ilə yekunlaşıb.

Tarix
2024.12.20 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onlara müraciət ünvanladı

İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar

İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla