Yuxarı

Ödənişli yollarda qaydaların pozulması: Yeni cərimələr...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni -352-1-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.

Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, ödəniş məntəqəsi ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır.

Buraxılış məntəqəsi isə ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Tarix
2024.12.27 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Konqresin 907-ci düzəlişi ləğv etməsi... - Prezident

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır

Şahin Mustafayev Bəndər Abbas limanında - Foto

Tramp Rusiyanı aşağıladı – Putinlə “anlaşıb”?

Bakının sülhlə bağlı son tələbi... – İrəvandan açıqlama

Adnan Əhmədzadənin vəkili, görün, kim imiş...

Bu türk rəsmilərdən Azərbaycan barədə məlumat alıram...

Adnanla əməkdaşlıq edən Azərbaycan klubları...

Tramp Rusiyanı darmadağın etdi – Moskva “göz yaşına” inanmır

Zəngəzur dəhlizinin açılması... - Mişel

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla