Yuxarı

İranda siyasi məhbus olan qadın həbsxanada həyatını itirdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda siyasi məhbus olan qadın həbsxanada həyatını itirdi

İranın Varamin şəhərindəki Qarçak həbsxanasında siyasi fəal Sumayyə Rəşidi faciəli şəkildə vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı xəbər verib.

Ailəsinin və onunla bir kamerada qalan məhbusların sözlərinə görə, Rəşidi ağır şəraitdə saxlanılıb və ciddi sağlamlıq problemlərindən əziyyət çəkib. Lakin onun tibbi yardım üçün müraciətləri nəzərə alınmayıb və ona yalnız ağrıkəsicilər verilib.

Sentyabrın 16-da Sumayyə Rəşididə qıcolmalar və əzələlərində kəskin ağrılar başlayıb, bundan sonra o huşunu itirib. Xəstəxanaya çatdırılmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İnsan hüquqları müdafiəçiləri onun ölümünə görə həbsxana rəhbərliyinin və təhlükəsizlik qüvvələrinin məsuliyyət daşıdıqlarını bildiriblər.

Eyni zamanda, İran məhkəmə sisteminin "Mizan Onlayn" nəşri ölüm səbəbini açıqlamayıb, lakin Rəşidinin "Xalq Mücahidləri Təşkilatının üzvü" olmaqda və "milli təhlükəsizliyə qarşı təxribat törətməyə cəhddə" ittiham edib.

Tarix
2025.09.25 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla