Yuxarı

Trampın Qəzza planı: İsrail çıxır, müsəlman qüvvələri gəlir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Qəzza planı: İsrail çıxır, müsəlman qüvvələri gəlir...

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda müsəlman liderləri ilə görüşdə Qəzza zolağında münaqişənin həlli ilə bağlı yeni planı açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Faynəşnl Tayms” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

FT-yə görə, planın əsas təhlükəsizlik elementi münaqişə bitdikdən sonra anklavı sabitləşdirmək üçün Qəzzaya ərəb və müsəlman qüvvələrindən ibarət hərbi kontingentin göndərilməsi ideyasıdır. Bundan başqa, Amerikanın təklifində HƏMAS hərəkatı tərəfindən saxlanılan bütün girovların dərhal azad edilməsini tələb edən bənd də var.

Plan ilkin olaraq İsrail Müdafiə Qüvvələrinin yanvardan mart ayına qədər müvəqqəti atəşkəs dövründə tutduqları mövqelərə qayıtmasını tələb edir. Ərəb-müsəlman hərbi kontingenti formalaşdıqdan sonra İsrail qüvvələri anklavdan tamamilə geri çəkiləcək.

Nəşr qeyd edib ki, plana əsasən, qəzzalılar məcburi köçürülməyəcək və HƏMAS ərazinin idarə olunmasında heç bir rol oynamayacaq. Əvəzində Fələstin Komitəsi adlanan quruma nəzarət etmək üçün beynəlxalq nəzarət orqanı yaradılacaq. Fələstin Milli Administrasiyasının nümayəndələrinin daxil olacağı bu struktur müvəqqəti müddət üçün Qəzzanı idarə edəcək.

Tarix
2025.09.25 / 19:57
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla