Yuxarı

Bakıdakı məşhur plaza bağlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı "Ask plaza" fəaliyyətini dayandırır.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, buna səbəb plazanı idarə edən şirkətin ləğv edilməsidir.

Belə ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilib. ASC-nin tərkibində fəaliyyət göstərən 3 müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib, digər müəssisələr ləğv edilib.

"Ask plaza"nı idarə edən ASK Xidmət MMC də ləğv edilən müəssisələr arasındadır. Qeyd edək ki, MMC “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin edirdi.

Nazirlər Kabinetinə MMC-ni ləğv etmək tapşırılıb. Müəssisənin ləğv edilməsindən sonra "Ask plaza"nın da fəaliyyətini dayandıracağı gözlənilir.

Tarix
2024.12.28 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Qəzada həlak olanların nəşinin müayinəsi aparılacaq

Pezeşkianın istefasını niyə istəyirlər? - Video

Qəzada həlak olan 24 nəfərin nəşi Bakıya gətirildi

Zelenskidən kəşfiyyata AZAL təyyarəsi ilə bağlı göstəriş!

Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?

Putin “Rusiyada olduğu üçün” üzr istədi: Bəs, sonra?

Ceyms Obrayen Azərbaycana başsağlığı verdi

Serbiya ilə hərbi əməkdaşlıq planı imzalandı - MN

Bu televiziya yayımçılarına yardım göstəriləcək - Sərəncam

Plenkoviçdən Əliyevə: Ürəkağrıdıcı hadisədir...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla