Yuxarı

2,5 milyon 5 TV yayımçısı arasında bölündü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari ildə son iclası keçirilib.

Şuradan Axar.az-a verilən məlumata görə, iclasda il ərzində audiovizual media və onun tənzimlənməsi sahəsində həyata keçirilmiş fəaliyyət, Audiovizual Şuranın bu istiqamətdə gördüyü işlər - yeni lisenziyaların verilməsi, audiovizual proqramların həmçinin, retranslyasiya operatorlarının paketlərinin monitorinqi, tətbiq olunan inzibati tənbeh tədbirləri, FM radio yayımının genişləndirilməsi ilə bağlı Prezident Sərəncamının icrasının yekunlaşması, Audiovizual Şuranın beynəlxalq əməkdaşlığı və digər məsələlər üzrə ümumi fikir mübadiləsi aparılıb.

Daha sonra özəl ümumölkə yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı Şura üzvləri tərəfindən yüksək qiymətləndirilmiş, bunun cəmiyyətin operativ və dolğun məlumatlandırılması və maarifləndirilməsi sahəsində yayımçıların fəaliyyətinin gücləndirilməsi, yayım keyfiyyətinin yüksəldilməsi istiqamətində dövlətin növbəti dəstək addımı olduğu vurğulanıb.

Audiovizual Şuranın müvafiq qərarı ilə ayrılmış 2,5 milyon manat maliyyə vəsaiti 5 ümumi və xəbər janrlı özəl ümumölkə yerüstü televiziya yayımçısı arasında bərabər bölünüb.

Tarix
2024.12.29 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sudan liderinə məktub göndərdi

İlham Əliyev Kuba prezidentini təbrik etdi

ABŞ səfirinin Azərbaycana təbrikində müsbət notlar

Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq... - ABŞ

Rusiya əlindən gələni edəcək ki, Bakı və İrəvan... - Səfir

Surinam prezidenti İlham Əliyevə başsağlığı verdi

Rusiya Azərbaycandan alır, amma Ermənistan…

Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi

Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!

Azərbaycanda generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla