Yuxarı

Bu şəhərdə küçədə siqaret çəkmək qadağan edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın dəb və maliyyə paytaxtı sayılan Milan şəhərində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

Axar.az xəbər verir ki, 2020-ci ildə qəbul edilmiş qərar yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, bütün ictimai yerlərdə, o cümlədən küçədə siqaret çəkmək qadağandır. Qərarda məqsəd havanın keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Qərarda 2 istisna mövcuddur: Milanda yalnız xüsusi ayrılmış ərazilərdə, insanlar arasında minimum 10 metr məsafə gözlənilməklə siqaret çəkmək mümkündür. Elektron siqaretə isə əhalinin kütləvi toplaşdığı yerlər xaricində icazə verilir.

Qanunu pozanları 40-240 avro arası cərimə gözləyir.

İtaliya Avropada ən çox siqaret çəkilən ölkələrdəndir. Hər 5 italiyalıdan biri siqaret çəkir. Rəsmi statistikaya görə, 2023-cü ildə 93 000 italiyalı siqaretin səbəb olduğu xəstəlikdən ölüb.

Tarix
2025.01.01 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı İrandan sonra Rusiyaya xəbərdarlıq etməlidir – Səbəb

Berbok və Barronun Suriyaya “biz də varıq” səfəri…

Sərhəddə toqquşma: Pekin niyə narahatdır?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Polşa

Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı

Bakıdan göndərilən yardım TIR-ları Türkiyəyə çatdı

Türkiyə savaşa girməyə məcbur olacaqdı: qəti qərar verildi…

ABŞ-dan Bakı-İrəvan danışıqları barədə bəyanat

Tokayev qara qutudan danışdı: Düzgün həll yolu...

Türkiyə gücləndi: Cənubi Qafqazda nə dəyişəcək? - Simonov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla