Yuxarı

Müğənni Elçin qadınları əxlaqsızlığa cəlb edirmiş?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənni Elçin qadınları əxlaqsızlığa cəlb edirmiş?

Rusiyanın paytaxtı Moskva şəhərində xeyli sayda azərbaycanlı qadını fahişəliyə cəlb edən "Maşa" ləqəbli Mətanət Məmmədovaya hökm oxunub.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, ötən ilin oktyabr ayında hava limanında saxlanılan 1979-cu ildə Balakəndə doğulmuş, Rusiya Federasiyasının vətəndaşı olan Mətanət Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə cinayət işi açılıb, işə baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Rusiyada "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib. Həmçinin azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.

O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham edilib. Zərərçəkmiş qadınlardan biri hətta "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədovaya görə Rusiyada meşələrin birində ağaca bağlanaraq əxlaqsızlığa məruz qaldığını deyib. Digər zərərçəkmiş qadınlar da yüksək məbləğdə maaş vədi ilə aldanaraq Moskvaya getdiklərini və orada Mətanət Məmmədova tərəfindən istismara məcbur edildiklərini deyiblər. Hətta bəzi qadınlar Azərbaycana qayıtdıqdan sonra Mətanət Məmmədova tərəfindən video görüntülərlə şantaj edilərək Moskvaya geri dönməyə məcbur ediliblər.

Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan "Elçin Göyçaylı" kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınlara yüksək maaş veriləcəyi vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində "Elçin Göyçaylı" ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb.

Mətanət Məmmədova məhkəmədə özünü qismən təqsirli bilib. Deyib ki, son 32 il ərzində 4-cü dəfədir Azərbaycana - anasının qəbrini ziyarət etmək üçün gəlib. Oktyabr ayında zərərçəkmiş qadınların şikayəti əsasında saxlanılıb. Təqsirləndirilən şəxs zərərçəkmiş qadınları məcburi deyil, öz istəkləri ilə fahişəliyə cəlb etdiyini də deyib: "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər".

Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Tarix
2025.01.03 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla