Yuxarı

Bu il ali məktəblərə keçid balları aşağı düşəcək? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il ali məktəblərə keçid balları aşağı düşəcək? - Ekspert

Ali məktəblərdə yerlərin sayının artırılması planlaşdırılsa da, bu il keçiriləcək qəbul imtahanlarında keçid ballarının azalması gözlənilmir.

Axar.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli deyib.

"İnsanlar düşünür ki, yerlərin sayı artdıqca keçid balları aşağı düşəcək. Mən belə düşünmürəm. Sadəcə olaraq, qəbul aparılmayan və qəbul faizi aşağı olan ixtisaslarda qəbul yerlərinin dolma faizi artacaq. Bu da universitetlərə əlavə maliyyə stimulu və məsuliyyət gətirəcək", - deyə Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, 2026-cı ilə qədər tələbə sayı xeyli artırılmalıdır:

"Ötən ilin statistikasına əsasən, bu il qəbul yerlərinin sayının 5-8 min arasında artacağı proqnozlaşdırılır. Bunun əsas səbəblərindən biri yeni tədris binalarının istifadəyə verilməsidir. Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakıda Xəzər Universitetinin yeni binalarının tikilməsi tələbə sayında artımı dəstəkləyəcək".

Vüsal Kərimli keçid ballarının enməsə də, qəbul suallarının ötən illərə nisbətən asanlaşdırılacağının gözlənildiyini bildirib.

Tarix
2025.01.04 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla