Yuxarı

Fransız casusun məhkəməsi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Rayan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Martin Rayan tərcüməçi və müdafiəçi ilə təmin edilib. Həmçinin Martin Rayan şüşə qəfəsdən çıxarılaraq tərcüməçisinin yanında əyləşdirilib.

Məhkəmədə Fransa və Böyük Britaniyanın səfirliklərinin nümayəndələri də iştirak edib.

Hakim təqsirləndirilən şəxslərə hüquq və vəzifələrini izah edib.

Daha sonra prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Martin Rayan 25 aprel 1988-ci ildə Klermon-Ferran şəhərində anadan olub, ali təhsillidir. Fransada Monpelye 3 Universitetini beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət ixtisası üzrə üzrə bitirib. O, əvvəllər məhkum olunmayıb və subaydır.

Azərbaycanda sahibkarlıqla məşğul olub. Azərbaycana xaricdən şərab tədarük edib.

Məhkəmədə o da qeyd edilib ki, Martin Rayan Fransa vətəndaşı olmaqla yanaşı, Böyük Britaniyanın da vətəndaşıdır.

Martin Rayanla birgə həbs edilən Azad Məmmədlinin də anket məlumatları dəqiqləşdirilib.

Bildirilib ki, Azad Məmmədli 1995-ci il anadan olub, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq fakültəsini bitirib. Magistr təhsilini isə Fransada alıb.

Azad Məmmədli 2019-2023-ci illərdə Beynəlxalq Bankın hüquqşünası olub, daha sonra Böyük Britaniyaya köçərək orda çalışıb. Azərbaycana qayıdandan 2 ay sonra həbs edilib.

Azad Məmmədlinin vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Martin Rayanın vəkili isə cinayət işinin açıq məhkəmə iclası ilə baxılmasını istəyib:

"Həm vəkil, həm də Azərbaycan vətəndaşı kimi bu cinayət işinin açıq məhkəmə iclasında baxılmasının tərəfdarıyıq. Əgər qapalı proses olsa, müvəkkilimin vətəndaşı olduğu ölkənin nümayəndələri iştirak edə bilməyəcək. Həmçinin qoy səfirlik nümayəndələri görsünlər ki, Azərbaycanın məhkəmə zallarında məhkəmə prosesləri necə şəffaf formada keçirilir".

Məhkəmə iclası açıq məhkəmə baxışında baxılacaq. A.Məmmədlinin vəkilinin ev dustaqlığı ilə bağlı verdiyi vəsatət təmin edilməyib.

Məhkəmə baxışı 2025-ci ilin yanvarın 6-na təyin edilib.

Qeyd edək ki, Martin Rayan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-qrata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

Tarix
2024.12.29 / 19:34
Müəllif
Axar.az
Digər xəbərlər

Spivakdan Əliyevlə bağlı sensasion sözlər - Video

Saakaşvili türmədən açıqlama verdi: Əliyev elə bir şey etdi ki...

İranın diplomatı XİN-ə çağırıldı - Sərt etiraz!

Fransa və Almaniyadan Gürcüstana qarşı sərt qərar

MDB sədrliyi Rusiyadan bu ölkəyə keçdi

Paşinyanın 2025-ci il sülh mesajı: Bunsuz mümkün deyil!

Prezident niyə “yanvarın sonundan” dedi?

İlham Əliyev Sudan liderinə məktub göndərdi

İlham Əliyev Kuba prezidentini təbrik etdi

ABŞ səfirinin Azərbaycana təbrikində müsbət notlar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla