Maskdan ABŞ-dakı hadisələrlə bağlı maraqlı iddia - Video
10:21
Ana səhifə Toplum |
Şabran rayonu ərazisində Türkiyə vətəndaşına məxsus yük maşını (TIR) yanıb.
Axar.az Report-a istinadla xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli magistral yolun 137-ci km-nin Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Faruk Dinçin idarə etdiyi VOLVO markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb.
Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.
Yanğın nəticəsində yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2024.12.30 / 11:42
|
Müəllif
Axar.az
|