Yuxarı

Leyla və Arzu Əliyevalar DOST Mərkəzində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzin fəaliyyəti barədə məlumat verib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişafı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün aparılan işlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, üç il əvvəl açılan mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Burada ötən dövrdə 600-dən çox şəxsə xidmət, həmçinin sosial-psixoloji dəstək göstərilib, 100-dən çox tədbir keçirilib. Hazırda 156 benefisiarın müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə olduğu mərkəzin İsmayıllıda “DOST Evi” filialı da fəaliyyət göstərir.

Benefisiarların əl işlərinin bir sıra beynəlxalq sərgilərdə, həmçinin COP29-un Yaşıl zonasındakı “Art Pavilion”da nümayiş etdirildiyi bildirilib.

Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə kulinariya üzrə təlimə cəlb edilən həssas qruplara aid uşaqların əl işləri ilə tanış olublar. Uşaqlar “Yeni il” mövzusunda hazırladıqları şirniyyatları təqdim ediblər.

Səsyazma, floristika, bədii oyma, xalçaçılıq, keramika, təsviri incəsənət və digər studiyalarda təlim prosesini, hazırlanan yaradıcılıq nümunələrini nəzərdən keçirən Leyla Əliyeva və Arzu Əliyeva kapoeyra üzrə təlimçi və benefisiarların çıxışını izləyiblər.

Benefisiarlar və “İnklüziv DOST” könüllüləri Mərkəzin studiyalarında hazırlanmış geyim nümunələrini sərgiləyiblər.

Mərkəzin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə təlimçi və benefisiarların ifasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı da təqdim edilib.

Tarix
2024.12.31 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Bakı-İrəvan danışıqları barədə bəyanat

Tokayev qara qutudan danışdı: Düzgün həll yolu...

Türkiyə gücləndi: Cənubi Qafqazda nə dəyişəcək? - Simonov

4 ay vaxtımız qalıb: təhlükə yaxınlaşır - Nahapetyan

Bu təyinat erməniləri xoflandırdı: Hər şey yeni başlayır!

Tehranın Bakıya “hücum” taktikası – İran nədən qorxur?

Bakının sərt etirazına Tehrandan cavab

İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi

İran yenə həddini aşdı - Videosüjet

Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla