Yuxarı

FHN-dən Yeni il bayramı ilə bağlı müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Müraciətdə bildirilib ki, Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər:

"Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalı;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- pirotexniki vasitələrdən istifadə olunmamalıdır.

Həmçinin, bir daha xatırladırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir".

Tarix
2024.12.31 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Bakı-İrəvan danışıqları barədə bəyanat

Tokayev qara qutudan danışdı: Düzgün həll yolu...

Türkiyə gücləndi: Cənubi Qafqazda nə dəyişəcək? - Simonov

4 ay vaxtımız qalıb: təhlükə yaxınlaşır - Nahapetyan

Bu təyinat erməniləri xoflandırdı: Hər şey yeni başlayır!

Tehranın Bakıya “hücum” taktikası – İran nədən qorxur?

Bakının sərt etirazına Tehrandan cavab

İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi

İran yenə həddini aşdı - Videosüjet

Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla