Yuxarı

Sabahdan hansı artımlar qüvvəyə minəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah 2025-ci ilin ilk günüdür. Gələn il həmçinin Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketin icrası ilə yadda qalacaq.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamına uyğun olaraq sabahdan ölkədə minimum aylıq əmək haqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılacaq:

“Bu o deməkdir, sabahdan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq.

Azərbaycan Prezidentinin digər sərəncamı ilə isə sabahdan etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir”.

Deputat qeyd edib ki, sabahdan həmçinin əmək pensiyalarının indeksləşdirilməsi nəzərdə tutulur:

“Bununla belə, orta aylıq əmək haqqı da artımla bağlı rəsmi statistika fevralın əvvəlində bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları fevral aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.

Tarix
2024.12.31 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Bakı-İrəvan danışıqları barədə bəyanat

Tokayev qara qutudan danışdı: Düzgün həll yolu...

Türkiyə gücləndi: Cənubi Qafqazda nə dəyişəcək? - Simonov

4 ay vaxtımız qalıb: təhlükə yaxınlaşır - Nahapetyan

Bu təyinat erməniləri xoflandırdı: Hər şey yeni başlayır!

Tehranın Bakıya “hücum” taktikası – İran nədən qorxur?

Bakının sərt etirazına Tehrandan cavab

İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi

İran yenə həddini aşdı - Videosüjet

Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla