Yuxarı

Bərdədə kişini öz maşınında yandırdılar - Foto/13+

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdədə kişini öz maşınında yandırdılar - Foto/13+

Bərdədə naməlum şəxslər kənd sakinini öldürməyə çalışıblar.

ANS-in məlumatına görə, hadisə gecə saatlarında rayonun Piyadalar kəndində baş verib.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, zərərçəkən Salman Bayramov bir neçə şəxs tərəfindən kənd qəbiristanlığının yaxınlığına çağırılıb. Naməlum şəxs və ya şəxslər tərəfindən kəndin ucqar ərazisinə gətirilən gəncin əvvəlcə başına küt alətlə bir neçə zərbə endirilib. Daha sonra özünün və avtomobilinin üzərinə benzin tökülərək yandırılıb.

Yanğını görən kənd sakinləri Salam Bayramovu xilas ediblər. Dərhal təcili tibbi yardım xidmətinə və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinə məlumat verilib. Əraziyə gələn yanğınsöndürənlər alovu söndürüblər. Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılan 24 yaşlı Salman Bayramov əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Həkim Azər Zeynalov bildirib ki, yaralının diaqnozu ağır kəllə beyin travması və baş beyinin sol tərəfdən qəlpəli sınığıdır: "Bədənin 50-60%-i termiki yanıqdır. Hansı maddə ilə yandırılıb, onu biz də bilmirik".

Yaralının yaxınları isə hadisə barədə danışmaq istəməyiblər.

Bərdə Prokurorluğundan hələlik hadisənin hansı səbəbdən və kimlər tərəfindən törədildiyinə aydınlıq gətirməyə çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, hadisə ilə bağlı FHN rəsmi məlumat yaymışdı.

Tarix
2016.05.08 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla