Yuxarı

Cənubda narkotik əməliyyatı – Həbslər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubda narkotik əməliyyatı – Həbslər var

Daxili İşlər Nazirliyinin (DİN) Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Cəlilabad rayonunun Albalan kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş rayon sakini Seyfəddin Cəfərov saxlanılıb.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, saxlanılan şəxsin əlindəki yük çantasına baxış zamanı oradan 30 kiloqram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı S.Cəfərov həmin narkotik vasitələri satmaq niyyəti ilə 13 saylı cəzaçəkmə müəssisəsində həbsdə olduğu müddət ərzində tanış olduğu Zülfi adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Baş İdarə əməkdaşlarının Biləsuvar rayonu, Cürəli kəndi ərazisində həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində isə əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Şahin Mirzəzadə saxlanılıb.

Saxlanılan şəxsdən əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 18 kiloqram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırmalarla müəyyən olunub ki, Ş.Mirzəzadə narkotik vasitələri İran İslam Respublikasının Ərdəbil şəhərində tanış olduğu Dadaş adlı şəxsdən əldə edib.

İran vətəndaşı Ş.Mirzəzadəyə külli miqdarda narkotik vasitələri respublikamızın ərazisinə keçirməyi və bunun müqabilində ona 2000 ABŞ dolları verəcəyini vəd edib. Saxlanılan şəxs təklifi qəbul edib həmin narkotik vasitələri əldə edərək ölkəyə gətirən zaman polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
2016.05.10 / 12:55
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla