"Babanın kafesi"ndə dava: Kababçı müştərini döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən "Babanın kafesi" adlanan restoranda müştərini döyən kababçı cəzalandırılıb.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sözügedən restoranda kababçı işləyən 1982-ci il təvəllüdlü Tural Hüseynov (soyad şərti) orada müştəri qismində əyləşən Hikmət adlı şəxsi döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, zərərçəkmiş Hikmət canlı musiqi dinləmək və yeyib-içmək üçün restoranın səhərə kimi işləməsini tələb edib. Kababçı Tural isə ona öz etirazını bildirib və yumruqla gözünün sol tərəfindən vuraraq xəsarət yetirib, sonra isə əlləri ilə onu itələyərək yerə yıxıb.

Məhkəmənin qərarı ilə Turala 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Tarix
2025.01.11 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Qarabağda İsgəndər-M olub? – Saakyan açıqladı

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla